Sənaye məhəlləsinin şirkəti fəaliyyətini dayandıra bilər - “HƏR GÜN ZİYANA GEDİRİK”
Naftçala Sənaye Məhəlləsinin iştirakçısı (rezidenti) “Azproduct” MMC fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. Balıqçılıq rayonu olan Neftçalada balıq limanının olmaması şirkətin xammalı (kilkəni) keyfiyyətli şəkildə əldə etməsini çətinləşdirir.
“MƏNƏ “HƏR ŞEY YAXŞI” OLACAQ BİLDİRMİŞDİLƏR”
“Azproduct” şirkətinin sahibi Şamxal Məmmədov “Marja”ya bildirdi ki, balıqçılıq sahəsində tanınmış iş adamı olduğundan ona 2016-cı ildə Naftçala Sənaye Məhəlləsinə investisiya yatırmaq təklif edilib və hər bir çətinliklərin aradan qaldırılacağı sözü verilib:
“Mənə sənaye məhəlləsinə investisiya yatırmaq təklif edilən zaman İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirdim ki, Neftçalada balıq limanı olmasa işləmək çətin olacaq. Onlar narahat olmamağımı, liman imkanının yaradılacağını, her şeyin yaxşı səviyyədə olacağını bildirdilər. İki il ötməsinə baxmayaraq liman problemi həllini tapmayıb”.
“TUTULAN KİLKƏNİN 80%-NİN KEYFİYYƏTİ AŞAĞI DÜŞÜR”
Şamxal Məmmədov bildirdi ki, hazırda “Azproduct” şirkəti Xəzər kilkələrini donduraraq satışa göndərməklə məşğul olur. Keyfiyyətli hazır məhsul üçün kilkə tutulduqdan qısa müddət sonra emala göndərilməlidir. Lakin liman olmadığından gəmilərdən kilkənin boşaldılması yarım gündən artıq davam edir və bu müddət ərzində məhsulun 80%-i ağırlaşır:
“Keçmişdən Neftalada Kür çayında balıq limanı var. Lakin bu gün Kür çayının ağzı lil ilə dolduğundan gəmilər Kür çayına daxil ola bilmir. Xəzər dənizinin sahili də dayaz olduğundan gəmilər quruya çox yaxınlaşa bilmir. Ovlanmış kilkələrin olduğu gəmi sahildən 500 metr kənarda dayanır. Bizim işçilər gəmidəki kilkələri plastik yeşiklərə dolduraraq qayıqlara yükləyirlər. Qayıqlar ilə yük sahilə daşınır və avtomobilə yüklənir. Mən bu iş görülən zaman çəkilmiş videoları sizə təqdim edəcəm. Səhər saat 7-də gəlmiş gəmidəki kilkələrin boşaldılması axşam saat 4-dək davam edir. Bu müddət ərzində kilkələrin təxminən 80%-nin keyfiyyəti aşağı düşür. Yalnız səhərə yaxın ovlanmış və səhər ilk boşaltdığımız 20% kilkə istehsala yarayır. Keyfiyyəti aşağı düşən kilkələri ucuz qiymətə heyvan yemi olaraq satıram”.
“KİLKƏNİ 50 QƏPİYƏ HEYVAN YEMİ KİMİ SATMAĞA MƏCBURAM”
Şamxal Məmmədov bildirdi ki, gəmilər “Azproduct” şirkətinə məxsusdur və şirkət aldığı kovota üzrə kilkələri ovlayır:
“Bazarda dondurulmuş, duzlu-ədviyyatlı kilkə məhsullarına təlabat var. Həmçinin Rusiyaya dondurulmuş kilkənin ixracı barədə müqaviləm var. Amma keyfiyyətli xammal olmadığından bazara daha çox hazır məhsul göndərə bilmirəm. Bu gün dondurulmuş kilkənin 1 kiloqramının zavod satış qiyməti 1 manat 20 qəpik olduğu halda mən kilkəni 50 qəpikdən heyvan yemi kimi satmağa məcburam. Böyük ziyana düşürəm. Əgər liman olarasa kilkə gəmidən tez boşaldılıb emala göndərilər və itkim olmaz”.
Şamxal Məmmədov bildirildi ki, hazırda 1 ton kilkənin gəmidən boşaldılması 100 manata başa gəlir. Həmçinin, kilkələrin gəmidən daşınması üçün plastik yeşiklər alınır. Bu yeşiklər tez sıradan çıxır:
“Kilkənin gəmidən boşaldılması və plastik yeşiklərin alınması əlavə xərcdir. Əslində bizim böyük termos-çəlləklərimiz var. İçərisinə buz doldurulan çəlləklər gəmilərə yüklənməli və tutulan kilkələr bu çəlləklərə yığılmalıdır. Daha sonra gəmidən götürülən çəllək zavoda gətirilməlidir. Bu gün liman olmadığından biz həmin çəlləkləri gəmilərə yükləyə bilmirik. Bu çəlləklərin kran ilə gəmilərə yüklənməsi və boşaldılması heç yarım saat tələb etmir. Hazırda tutulan kilkələr birbaşa gəminin göyərtəsinə yığılır. Kilkə göyərtədə açıqda qaldığından keyfiyyəti aşağı düşür. Digər tərəfdən kilkənin plastik yeşiklərə doldurularaq qayıq vasitəsilə sahilə daşınması bir neçə saat davam etdiyindən məhsul daha da keyfiyyətdən düşür”.
İQTİSADİYYAT NAZİRLİYİNDƏN VERİLƏN CAVAB
İş adamı bildirdi ki, problem ilə əlaqədar bir sıra qurumlara, o cümlədən İqtisadiyyat Nazirliyinə müraciət edib:
“Müraciətimdən uzun müddət keçməsinə baxmayaraq problem öz həllini tapmayıb. İqtisadiyyat Nazirliyindən mənə “problemin həllinin onlardan asılı olmadığını” bildiriblər”.
Şamxal Məmmədov əlavə etdi ki, problemin həlli üçün Kür çayının deltasına yığılmış lil təmizlənməlidir. Deltanın dərinləşməsi gəmilərin Kür çayına daxil olmasına imkan verəcək və imkanları məhdud olsa da köhnə limandan istifadə etmək mümkün olacaqdır.
“BELƏ DAVAM ETSƏ ZAVOD FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR”
Şamxal Məmmədov Neftçala Sənaye Məhəlləsində istehsalın düzgün təşkilinə mane olan bir sıra digər problemlərin də olduğunu, 3 illik zəhmətinin hədər getməsi riski yarandığını qeyd etdi:
“Əgər liman problemi həllini tapmasa “Azproduct” şirkətinin zavodu fəaliyyətini dayandıra bilər. Maliyyə itkisinə uzun müddət tab gətirə bilmərəm. Neftçala Sənaye Məhəlləsində qaz ilə bağlı da problem var. Qazın sənayeyə lazım olan təzyiqi yoxdur. Bu problemlər istehsalı tam qurmağa imkan vermir”,- Şirkətin rəhbəri bildirdi.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsinin açılışı zamanı “Azproduct” MMC-nin balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcəyi bildirilmişdi. Hər il zavodda 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulurdu. Müəssisəyə 1,7 milyon manat investisiya qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
34 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
45 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
2 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub























