Bank “BTB” 9 aylıq maliyyə nəticələrini açıqladı
Müştərilərə verilən kreditləri kəskin artıran Bank “BTB” 2019-cu ilin 9 ayını 4 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb.
Bank “BTB” ASC maliyyə göstəricilərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edərək, 3-cü rüb üçün maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş press-relizdə bildirilir ki, bank 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon manata yaxın xalis mənfəət ilə başa vurub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 817 min manat və ya 83 % artıb. Nəticədə Bank “BTB” 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəətlə başa vurub.
Bank BTB-nin faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 121 min manat artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manat təşkil edib.
2019-cu ilin 9 ayının nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 311 milyon 957 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.03 %-ə yaxın artım deməkdir.
Qeyd edək ki, dövr ərzində əmanətlərdə 3% artım qeydə alınıb və nəticə etibarilə əmanət portfeli 119 milyon 549 min manatadək yüksəlib.
2019-cu ilin növbəti rübü üçün digər müsbət göstərici bank müştərilərinin sayının 24% artmasıdır.
Bankın məlumatında bildirilir ki, daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən Bank "BTB", yanvar-sentyabr 2019-cu il tarixləri arasında müştərilərinə kredit verməkdə davam etmiş və nəticə etibarilə dövr ərzində kredit portfelini 23% artıraraq ümumi kredit portfelini 217 milyon 675 min AZN-dək yüksəltmişdir.
"Yeni inkişaf strategiyasına əsasən Bank BTB müştərilərə rəqabət qabiliyyətli məhsullar təklif etməklə istehlak, mikro və KOS sahəsində payını daha da artıraraq, bazarda öz mövqeyini gücləndirmək üzərində çalışır".
Bank BTB korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bank fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişləndirərək, bir çox əməliyyatların dövriyyəsinin artmasına da müsbət təsir göstərmişdir. Statistikaya əsasən, son 9 ay ərzində Bank BTB-nin bütün növ ödəniş kartları üzrə ümumi dövriyyəsi 98 milyon AZN (keçən ilin eyni dövri ilə müqayisədə 59,4 % artım) həcmini ötüb.
Qeyd olunan görstəricilərlə yanaşı Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı 3-cü rüb ərzində 7% artaraq 53%-ə çatmışdır.
Bankın ən əsas "aktivləri", yəni Bank BTB-nin işçilərinin sayı ilin əvvəlindən 8% artmışdır. Bu, bankın yeni strateji inkişaf planına uyğun olaraq komandanın böyüməsinin göstəricisdir.
Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 13 filial, 3 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
8 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
9 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
10 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















