“Qala Sığorta”nın yığımları kəskin artıb
“Qala Sığorta” 2019-cu ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Marja”ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 8 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 15 495 832 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 6 061 875 manat və ya 64,2% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 2 091 937 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-avqsut dövrünün göstəricisi ilə müqayisədə 1 171 398 manat və ya təxminən 2,2 dəfə çoxdur.
Qeyd edək ki, son bir il ərzində “Qala Sığorta” şirkəti bazarda öz mövqeyini daha da gücləndirib. Belə ki, son bir il ərzində şirkətin bazar payı 1,5% bəndi artaraq 3,3%-dək artıb.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























