İnstitut direktorundan meyvəçilik üçün 1,1 milyard dollarlıq hesablama
Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin Meyvәçilik vә Çayçılıq Elmi-Tәdqiqat İnstitutunun direktoru İlham Qurbanovun hesablamasına görə, 10 il ərzində Azərbaycanın illik meyvə ixracı 1 milyard dolları aşa bilər.
“Meyvәçiliyin çox yüksәk ixrac potensialı var. Misal üçün, әgәr “Azәrbaycan Respublikasında meyvәçiliyin inkişafına dair 2019-2023-cü illәr üçün Dövlәt Proqramı”nın icrası nәticәsindә 20 min hektar nar bağı, 10 min hektar alma bağı, 10 min hektar xurma bağı, 5 min hektar gilas bağı, 5 min hektar armud bağı vә min hektar әrik bağı salınarsa, o zaman Azәrbaycanın hazırda 293 milyon ABŞ dolları dәyәrindә olan meyvә ixracı 10 il әrzindә 1.14 milyard ABŞ dollarına çata bilәr”,- "Marja" xəbər verir ki, alim “Aqroskop” jurnalında dərc edilmiş məqaləsində qeyd edib.
İlham Qurbanov əlavə edib ki, hazırda dünyada meyvә bağlarının ümumi sahәsi 90 milyon hektara yaxın olub, әkin sahәsinin 6%-ni tәşkil edir: “Müasir meyvәçiliyin inkişafı, onun cins vә sort tәrkibi bazarla üzvi әlaqәdardır. Vaxtilә ABŞ-da alma bitkisi әsas rol oynadığından bağların çox sahәsindә alma sortlarını becәrirdilәr vә mәhsulun әsas hissәsini alma tәşkil edirdi. Son zamanlar alma bağlarının sahәsi xeyli azaldılaraq, onların yerindә sitrus bağları yaradılır. Müasir meyvәçilik intensiv yolla inkişaf etdirilir, qida sahәsi az verilir, adi intensiv bağların hәr hektarında 600-800 ağac, yüksәk intensiv bağların hәr hektarında 1800-2000 ağac, superintensiv bağların hәr hektarında 5000-10000 ağac, ultra superintensiv bağlarda 50-120 min әdәd ağac әkilir. Bu bağlarada sahә vahidindәn 40-80 ton vә daha keyfiyyәtli mәhsul yığılır”.
İlham Qurbanov vurğulayıb ki, bağların mәhsuldarlığının yüksәldilmәsindә sort hәlledici әhәmiyyәt kәsb edir: “Bu sәbәbdәn dә bağlarda becәrilәcәk sortların miqdarı xeyli mәhdudlaşdırılmış, tez mәhsula düşәn, artıq vә keyfiyyәtli mәhsul verәn sortların sahәlәri genişlәndirilmişdir. Hektardan orta hesabla 20 tondan az mәhsul verәn sortların becәrilmәsi tövsiyә edilmir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























