“AzerTelecom” İlin Telekommunikasiya şirkəti adına layiq görülüb
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti “9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.
“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi, “Caspian Energy” jurnalının fəaliyyətinin isə 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Caspian Energy Forum 2019” tədbiri dövlət və özəl sektorun, nüfuzlu regional və beynəlxalq təşkilatlardan olan çoxsaylı nümayəndələrin iştirakı ilə baş tutub.
Forumda İKT, aqrosənaye və turizm mövzularına həsr olunmuş panel müzakirəsində “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev məruzəçi qismində çıxış edərək şirkət tərəfindən Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirilən “Azerbaijan Digital HUB” proqramı və bu proqram çərçivəsində icra olunan iri infrastruktur layihələrindən bəhs edib.
“25 il əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı enerji mərkəzi etdi. Hazırda bu konsepsiyanın davamı olaraq “AzerTelecom” şirkəti ölkəmizin həm də rəqəmsal mərkəz olması üçün “Digital HUB” proqramını icra edir”- deyə Fuad Allahverdiyev bildirib. O “Digital HUB” proqramının 3 mərhələdən ibarət olduğunu və bu mərhələlərin hər birinin icrasının ölkənin təkcə İKT sektorunun deyil, ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, onun rəqəmsallaşmasına və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə mühüm töhfə verəcəyini qeyd edib.
Fuad Allahverdiyev proqram çərçivəsində Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) formalaşması, Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə “Transxəzər magistralı” fiber-optik kabel xəttinin çəkilişi layihəsinin detalları, ölkə daxilində magistral infrastruktur quruculuğu istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə icra edilən layihələr barəsində danışıb.
Forumda “AzerTelecom” şirkətinə Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkət olaraq “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib, “AzerTelecom” İlin Telekommunikasiya şirkəti adına layiq görülüb.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












