"Bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb"
Cəlilabad rayonunda “Taxıl-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş, taxıl və toxum istehsalı ilə məşğul 200 fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi verilir: “Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabad Azərbaycanın ən böyük taxılçılıq rayonlarından biridir. Bu il rayonda taxıl üzrə orta məhsuldarlıq kifayət qədər yüksək olub. Növbəti illərdə sahələrdən daha çox məhsul götürmək hədəfimiz var”.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb: “Aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkişilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artmışdır”.
Nazir 2019-cu ilin taxıl mövsümünün müsbət göstəricilərlə yadda qaldığını deyib: “Taxıl biçini Aran bölgəsində mayın 25-də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində əkin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib. Bu il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb”.
Müşavirədə 2019-cu ildə Azərbaycanda taxılçılığın və taxıl toxumçuluğunun inkişafında oynadığı rola, yüksək məhsuldarlıq göstəriciləri əldə etdiyinə, nümunəvi fermer təsərrüfatları yaratdığına, taxıl biçinində aktiv iştirakına, məhsulun itkisiz yığımını təmin etdiyinə görə 10 fermer, toxumçu və mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı İnam Kərimov və Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov təqdim ediblər.
Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Respublikada taxıl istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2019/20-ci təsərrüfat ilində taxılçılıqda qarşıda duran vəzifələr”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru Seymur Movlayev “Respublikada taxıl istehsalında toxumçuluğun və fitosanitar xidmətin vəziyyəti və qarşıda duran vəzifələr”, “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov “Taxılçılığın gübrə, pestisid və texnika ilə təminatının vəziyyəti” mövzusunda çıxış ediblər. Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev taxıl sahələrinin suvarılması istiqamətində görülmüş işlər barədə iştirakçıların suallarını cavalandırıb.
Müşavirədə taxıl əkininə hazırlıq, toxum, gübrə və texnika ilə təminat, taxıl toxumçuluğunun inkişaf istiqamətləri, subsidiyaların verilməsinin yeni qaydaları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir



























