“Gilan Holding”dən “Natura”nın keyfiyyətinə dair iddiaya cavab
“Meyvə şirəsinin keyfiyyəti qutuya kənardan müdaxilə nəticəsində pozulub”
Bu günlərdə bəzi xəbər saytlarında vətəndaş Ayxan Rəhimli tərəfindən “Gilan Holding”-ə aid Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Natura” meyvə şirəsinin keyfiyyətində uyğunsuzluq aşkarlanması haqqında məlumat yayılıb.
Holdiqndən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan şikayətlə bağlı, “Gilan Holding” tərəfindən komissiya yaradılıb və sözügedən şaftalı nektarından nümunə Qəbələ Konserv Zavodunun laboratoriyasına ekspertiza üçün təqdim olunub.
Götürülən nümunə laboratoriya şəraitində müxtəlif parametrlər üzrə incələnərək, məhsulun tərkibinin pH, turşuluq, orqanoleptik və digər göstəricilərə uyğun olması aşkar olunub. Məhsulun istehsalından sonra, 30.04.2019-cu il tarixində keçirilmiş mikrobioloji analizlər nəticəsində də heç bir uyğunsuzluq üzə çıxmayıb. Ekspertizanın daha dəqiq olması üçün, eyni tarixə aid istehsalat xəttindən olan digər meyvə şirələrindən də təkrar sınaqlar götürülüb və keyfiyyətə nəzarət zamanı heç bir uyğunsuzluq aşkar edilməyib. Laboratoriya sınaqları üçün nümunələr, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də təhvil verilib ki, Agentliyin də sınaq nəticələri yaxın günlərdə bəlli olacaq və ictimaiyyətə açıqlanacaqdır.
“Gilan Holding”-in Marketinq və kommunikasiyalar şöbəsinin direktoru Fərid Məmmədov mətbuata verdiyi açıqlamasında deyib:
“23.04.2019-cu il tarixində istehsal olunmuş bu meyvə şirəsinin qutusuna baxış keçirilib və problemin qutuya kənardan fiziki müdaxilə nəticəsində yaranması ehtimal olunur. Bildirmək istərdik ki, bu tip məhsullar steril şəkildə qablaşdırılaraq satışa təqdim olunur. Qablaşdırmaya xarici fiziki təsir nəticəsində qutunun içərisinə hava sızması yarandıqda, sterillik pozulur və beləliklə, açıldıqdan uzun müddət sonra aseptik olmayan qablaşdırmada kif və ya maya göbələkləri inkişaf edərək, bu tip halların ortaya çıxmasına səbəb olur. Bununla əlaqədar, istehlakçılara qablaşdırmanın üzərində qeyd edilən saxlama tələblərinə riayət etmələri, qoruyucu halqası qırılmayan, sızıntı və şişmə olmayan şirə paketlərini istifadə etmələri tövsiyə olunur”.
“Bütün bunlarla yanaşı, müştərimizə, bu kimi mümkün problemin işıqlandırılması və istehlakçılarımızı bir daha maarifləndirmək imkanına görə təşəkkürümüzü bildirir, Qəbələ Konserv zavodunu ziyarət edərək, istehsalat prosesi ilə canlı tanış olmağa dəvət edirik” – F.Məmmədov qeyd edib.
Qeyd edək ki, Qəbələ Konserv Zavodunda mövcud olan istehsalat avadanlıqları dünyanın bir nömrəli qablaşdırma istehsalçısı “Tetra Pak” şirkətinə məxsusdur. Bu avadanlıqlarla ildə 25 milyon ədəddən çox şirə məhsulları istehsal edilərək, Azərbaycan istehlakçısına təqdim olunur. “Natura” meyvə şirələri isə, istehlakçı seçiminə və satışa görə bazarın daim liderlərindəndir. Bununla yanaşı, “Gilan Holding”-ə məxsus Qəbələ Konserv Zavodu dünyanın tanınmış bir çox keyfiyyət sertifikatlarına malikdir ki, bu da istehsal olunan məhsulların nəinki Azərbaycan, hətta, dünyanın 30-dan çox ölkəsinə ixrac edilməsini təmin edir.
Zavod ISO 9001:2008, ISO 22000:2005, Kosher və ECOCERT sertifikatlarını əldə etmiş, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmışdır.
“Natura” markalı şaftalı nektarının Sınaq Protokolunun və Mikrobioloji analizin surətləri
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















