Azərbaycan "Shoping festival"dan 50 milyon manat gəlirə ümid edir
Azərbaycan 2017-ci ildə iki "Shoping festival"ın keçirilməsindən 50 mln. manat məbləğində gəklir əldə etməyi nəzərdə tutur. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan edib.
Xəbər verildiyi kimi, birinci "Shoping festival" 10 aprel-10 may tarixlərində, ikincisi oktyabr ayında planlaşdırılır.
"Shoping festival"ın keçirilməsinə dair bütün xərcləri nazirlik ödəyəcək. Gəlirlər isə büdcəyə daxil olacaq. İlkin hesablamalara görə, iki "Shoping festival"ın keçirilməsi dövlət büdcəsinə təxminən 50 mln. manat məbləğində gəlir gətirə bilər”, - deyə Ə.Qarayev vurğulayıb.
Bununla belə, nazirin sözlərinə əsasən, festivalların keçirilməsi üzrə xərclər 1,5 mln. manatı ötməyəcək. “İndiyədək festivalın keçirilməsi üzrə xərclər 500 min manatı ötüb. Ümumilikdə, reklam xərcləri də daxil olmaqla, festivalların keçirilməsi üzrə xərclər 1,5 mln. manatı ötməyəcək”, - deyə o bildirib.
Ə.Qarayev əlavə edib ki, nazirlik xaricdə "Shoping festival"ın reklamı üzrə işə start verir. “Biz bunu Rusiya bazarında, ərəb və digər ölkələrdə həyata keçirməliyik”, - deyə nazir vurğulayıb.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 26 d. əvvəl
-
35 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"













.jpg)








