Palata bank sektorunun yeni göstəricilərini açıqladı
30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 599.6 milyon manat olub.
Müqayisə üçün qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyon 430.6 milyon manat təşkil etmişdi. İlk 6 ayda sektorun aktivləri və öhdəlikləri cüzi artıb.
Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Paltasından bildirilib.
Kredit portfeli
İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 milyon manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146 milyon manat təşkil edib.
Öhdəliklər
2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 milyon manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 milyon manat) artmışdır.
Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 milyon manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 milyon manat) artaraq 2 milyard 253.2 milyon manata çatıb.
Balans kapitalı
Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 milyon manat) artaraq 4 milyard 599.6 milyon manata çatıb.
Mənfəət və zərər
Cari ilin ilk yarımilliyində banklar 433.4 milyon manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 milyon manat), kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 milyon manat) artıb.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,571 olub. Bank sektorunun işçi heyətinin sayı cari ilin 6 ayında 5% (873 nəfər) artaraq 18,288 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
-
25 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
47 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















