Prezident: “Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq”

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.
Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini deyib və vurğulayıb ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirib. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söyləyib.
Həştərxan sakinlərinin Azərbaycana xüsusi rəğbət bəslədiklərini deyən qonaq Azərbaycan tərəfinin dəstəyi ilə Həştərxanda Heydər Əliyevin abidəsinin ucaldılmasını və ətrafında abad parkın salınmasını Həştərxan üçün gözəl hədiyyə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda yeni ailə quran gənclərin həmin parka gələrək abidə önünə gül dəstələri qoyması artıq ənənə halı alıb. Qubernator bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən məktəb, uşaq bağçası da dostluğun gözəl nümunələridir. Bu gün vilayətdə Azərbaycan biznesinin fəallaşdığını qeyd edən rusiyalı qonaq əməkdaşlığın təməlində yüksək etimad və hörmətin dayandığını deyib. Aleksandr Jilkin hazırda Azərbaycanın və Həştərxanın bir sıra şirkətləri arasında işgüzar əlaqələrin qurulduğunu vurğulayıb, Həştərxanda Azərbaycanın biznes mərkəzinin inşa edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Həştərxan ilə Bakı arasında tarixən yaxın əlaqələrin olduğunu bildirən dövlət başçısı Həştərxanda olarkən burada baş verən müsbət dəyişikliklərin, şəhərin abadlaşmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin, tarixi abidələrin qorunmasının xoş təəssürat bağışladığını söyləyib və bu münasibətlə qubernatora təbriklərini çatdırıb. Həştərxanda yaşayan azərbaycanlılara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirən prezident İlham Əliyev soydaşlarımızın özlərini bu şəhərdə doğma evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan prezident İlham Əliyev yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin Moskvada açılacağını, sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib. Dövlət başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
3 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
4 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
5 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
