“Rabitəbank”ın xalis mənfəəti 15 dəfədən çox artıb
“Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısını 4 milyon 835 min manat vergidən əvvəl mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə artıb. “Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat vergidən əvvəl mənfəət ilə bağlamışdı. Mənfəətin artmasının səbəbləri gəlirlərin artması və ehtiyata ayırmanın azalmasıdır.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manat təşkil edib (4,4% çox). “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manata yüksəlib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2019-cu ilin yanvar-iyun dövründə “Rabitəbank” 22 milyon 938 min manat cəmi gəlirləri əldə etmək üçün 18 milyon 10 min manat xərc çəkib. Nəticədə Bankın 4 milyon 928 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 94 min manatı ehtiyata ayrılıb (ötən ilin eyni dövrü ilə müqayisədə 39 dəfə az) və nəticədə Bankın 4 milyon 835 min manat vergidən əvvəl mənfəəti qalıb.
2018-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” 21 milyon 946 min manat cəmi gəliri əldə etmək üçün 17 milyon 955 min manat xərc çəkmiş və 3 milyon 991 min manat əməliyyat mənfəəti əldə etmişdi. Bankın əməliyyat mənfəətinin 3 milyon 678 min manatını ehtiyata ayırdığından həmin dövrü 311 min manat mənfəət ilə bağlamışdı.
Ötən ilin birinci yarısı ilə müqayisədə “Rabitəbank”ın faiz xərcləri azalıb, qeyri-faiz xərcləri təxminən eyni səviyyədə qalıb, inzibati xərcləri isə artıb. “Rabitəbank”ın faiz xərcləri 1 milyon 873 min manat azalaraq 5 milyon 203 min manata geriləyib, inzibati xərcləri isə 1 milyon 966 min manat artaraq 9 milyon 309 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb. Ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.
2018-ci ilin 1-ci yarısının sonu ilə müqayisədə "Rabitəbank"ın öhdəlikləri 108 milyon 832 min manat azalaraq 516 milyon 877 min manata geriləyib. Öhdəliklərin azalması müştərilərin cari hesablarının və müddətli depozitlərin azalması ilə bağlıdır. Müştərilərin müddətli depozitləri 33 milyon 291 min manat azalaraq 186 milyon 431 min manata düşüb.
30 İyun 2019-cu il tarixində “Rabitəbank” 107 milyon 811 min manat məcmu kapitala malik olub.
Məlumat üçün bildirək ki, "Rabitəbank"ın nizamnamə kapitalının (101 milyon 300 min manat) 40,60%-i Rauf Əliyevə, 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 7,60%-i Seyran Nuriyevə, 1,07%-i Aslan Xasiyevə və 0,14%-i hüquqi şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























