Azərbaycanın aparıcı korporativ bankı yeni filial açdı
12 iyul tarixində Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Quba şəhərində yeni filialının rəsmi açılış mərasimi baş tutub.
"Marja" xəbər verir ki, filial korporativ, kiçik və orta sahibkarlıq nümayəndələri və PAŞA Bankın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə xidmət göstərəcək.
Açılış mərasimində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd etdi ki, Bankın bu günə fəaliyyət göstərən bütün filiallarında olduğu kimi yeni filialda da müştərilərə universal bank xidmətləri təqdim olunacaq və hər bir müştəriyə fərdi qaydada yanaşılacaq.
“Qubada yeni filial açaraq PAŞA Bank bu regionda və yaxın ətrafda fəaliyyət göstərən iş adamlarını geniş çeşidli müasir bank məhsul və xidmətləri ilə təmin etməyə nail oldu. Bu regionun kiçik və orta sahibkarları ilə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün tarif paketləri, faktorinq və s. məhsul və xidmətləri sərfəli şərtlərlə təklif etməyə hazırıq”, -deyə C.Orucov qeyd edib.
PAŞA Bankın yeni filialı Quba şəhəri, Nətəvan küç, 35 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























