Cross Caspian Oil and Gas Logistics LLC Caspian Energy Forumunun sponsoru olub
Cross Caspian Oil and Gas Logistics LLC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsoru olub.
Cross Caspian Oil and Gas Logistics LLC-nin baş direktoru Dmitri Solovyevin sözlərinə görə, iqtisadiyyatın inkişafının mühüm istiqamətlərindən biri nəqliyyat sektoru və onun vacib tərkib hissəsi - Caspian Energy Forum-2017-də müzakirə olunacaq tranzit dəhlizləridir. "Tranzit dəhlizlərinin inkişaf istiqamətləri Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi nəqliyyat sektorunun inkişafı üzrə yol xəritələrində öz əksini tapıb. Əlverişli coğrafi mövqe, münbit investisiya mühiti, həmçinin əldə edilmiş logistik təcrübə Xəzər dənizindən Qara dənizə uzanan nəqliyyat dəhlizinə ölkəyə əlavə maliyyə resurslarının cəlb edilməsi üçün strateji cəhətdən mühüm tranzit marşrutu kimi baxmağa imkan verir", - deyə Dmitri Solovyev vurğulayıb.
Caspian European Club-un (Caspian Business Club) aktiv partnyoru olan və Xəzər dənizindən Qara dənizə vahid karbohidrogen nəqli dəhlizi görünüşünə sahib Cross Caspian şirkəti Caspian Energy Forum-2017-ni nəqliyyat və tranzit potensialının inkişafı üçün meydan olaraq dəstəkləyir.
Cross Caspian Oil and Gas Logistics LLC Xəzər dənizindən Qara dənizə, həmçinin dəniz, boru kəməri və dəmir yolu daşınmaları vasitəsilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri sisteminə karbohidrogen nəqli üzrə kompleks xidmətlərini uyğunlaşdıran və həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müştərək müəssisədir.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin bildirdiyinə görə, Caspian Energy Forum-2017-yə avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin sponsorları Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları - “Asia Express & OCS, DSV”, “Azpetrol LTD” ASC və SİNAM-dır.
Forumda iştirak üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
40 san. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
34 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















