Neft bazarında mühüm qərarların qəbul olunması gözlənilir

İyulun 1-2-də Vyanada neft bazarında yaxın gələcəklə bağlı mühüm qərarların qəbul olunması gözlənilir.
OPEC-ə üzv və bəzi qeyri-OPEC ölkələri hasilatın həcminin azaldılması ilə bağlı sazişin müddətini növbəti 6-9 ayadək uzada bilər.
Ekspertlərin fikrincə, OPEC və kartelə üzv olmayan ölkələrin bu addımı ilə dünya bazarında neftin qiymətinə sabitləşdirici təsir göstəriləcəyi qənaətindədirlər.
Hamburq Kommersiya Bankının baş iqtisadi analitiki Sayrus de la Rubia görüşləri şərh edərkən bildirib ki, bütün gedişat hasilat həcminin qüvvədə saxlanacağına dəlalət edir. Lakin bir sıra dövlətlərin nə dərəcədə intizamlı olacağı və uzunmüddətli perspektivdə öhdəliklərə hansı səviyyədə əməl edəcəyi böyük sual doğurur.
Ötən ilin dekabrında 14 dövləti öz ətrafında birləşdirən OPEC və bu təkilata üzv olmayan 10 ölkə gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə razılıq əldə etmişdilər. Hazırda qlobal neft hasilatının yarısı “OPEC plus” ölkələrinin payına düşür və istehsal həcminin aşağı həddə saxlanması hasilatçı ölkələr üçün iqtisadi çətinliklər yaradır. Məhz bu səbəbdən də ötən iclasda istehsal həcminin azaldılmasına dair qərar İran və Venesuelaya şamil edilməmişdi.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, hasilatın həcminin azaldılmasına dair qərar “OPEC plus” ölkələri tərəfindən tam icra edilib, bəzi ölkələr isə istehsalı nəzərdə tutulandan da aşağı salıblar.
S.Rubia, həmçinin qeyd edib: “Hazırda ABŞ və Çin arasında ticari münaqişə, ABŞ və İran arasında Fars körfəzindəki gərginlik və eləcə də Venesueladakı siyasi proseslər “OPEC plus” qərarının dünya neft bazarına nə qədər ciddi təsir edəcəyini də sual altına qoyur. Bununla belə, dünyadakı müsbət iqtisadi inkişaf əsas ümidverici faktor olaraq qalır. Əgər konyunktura proqnozları müsbət olaraq qalsa, bu da öz növbəsində “OPEC plus” qərarının effektivliyinə öz təsirini göstərəcək”.
Qeyd edək ki, iyulun 1-2-də Vyanada OPEC Nazirlər Şurasının 176-cı iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşü keçiriləcək. Həmçinin “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası təşkil ediləcək. Görüşlərdə hasilat azaldılmasına dair sazişin müddətinin daha 6-9 ay uzadılmaqla ötən ilin dekabrında qəbul edilmiş səviyyədə saxlanılması əsas müzakirə mövzusu olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
Ən çox oxunanlar

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
