"Mərkəz bankların "sursatları" bitib"
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) rəhbəri Angel Gurria qlobal maliyyə böhranından 10 il sonra mərkəzi bankların iqtisadiyyatı dəstəkləmək üçün artıq "sursatları" (cəbhəxanaları) qalmadığını söyləyib.
"Marja" xəbər verir ki, Gurria bu açıqlamanı, dünyanın ən böyük mərkəzi banklarından ABŞ Mərkəzi Bankı (Fed) və Avropa Mərkəzi Bankının (ECB) faiz endiriminə hazır olduqlarını bildirmələrinin ardından verib.
Hazırda yavaş olan iqtisadi artımı daha da ləngidən ABŞ - Çin arasındakı ticarət müharibələri, mərkəzi bankların daha "göyərçin" mövqeyə keçmələrinə səbəb olub.
Gurria CNBC-yə verdiyi açıqlamada mərkəzi bankların ötən 10 ildə iqtisadi fəallığı dəstəkləmə addımları olmasaydı dünyanın daha pis bir vəziyyətdə olacağını, ancaq artıq bankların "sursatlarının" da tükəndiyini qeyd edib.
Bundan sonra iqtisadi fəallığı dəstəkləmək üçün maliyyə siyasətlərinin daha mühüm rol oynaması lazım olduğunu söyləyən Gurria, "Bəzi ölkələr borcların öhdəsində gələ bilir, bəzi ölkələr də, çox xərclədiyindən çox borclanıb. Bu səbəbdən növbəti addım maliyyə siyasəti olacaq",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
-
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı






















