SOCAR İstiqrazı sahiblərinin gündəlik qazancı – AÇIQLANDI
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün dollarla buraxdığı SOCAR İstiqrazları öz sahiblərinə hər gün gəlir gətirir. Nominal qiyməti 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faiz gəlirləri hər gün üçün hesablandığına görə, hər bir istiqraz sahibi gündə təxminən 0,14 dollar qazanır.
SOCAR İstirazlarının buraxılışından təqribən 5 ay müddətin keçdiyini nəzərə alsaq, hər bir istiqraz öz sahibinə indiyədək 21 dollar gəlir qazandırıb. Bir ilin tamamında bu məbləğ 50 dollar olacaq.
İstiqraz sahibləri bu pulun 12,5 dollarını yanvarın 17-də ilk faiz ödənişi zamanı alıblar.
Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.
Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.
SOCAR İstiqrazlarının qiyməti də artmaqdadır. Bu kağızlar üzrə marketmeyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən verilən məlumata görə, SOCAR İstiqrazlarının satış qiyməti 1 007-1 008 dollara yüksəlib.
Bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir.
SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"























