“Satışdakı əksər enerji içkiləri əsl enerji içkisi deyil”
Aldığınız enerji içkisi markalarının çoxu "Energy Drink" kateqoriyasına daxil deyil.
Məlumdur ki, 2019-cu ildən etibarən enerji içkiləri (Engery Drink) məhsullarından öncəki illərdə baş verən zəhərlənmə hallarının (problemin markalarda və ya istehlakçı davranışlarında olması ayrı bir mövzudur) çoxluğundan hökümət tərəfindən bu seqmentdən olan məhsullara vergi tətbiqi başlandı. Və məhsulların qiymətində 70-100% aralığında bir artım baş verdi.
Qiyməti 1.7-2 AZN-ə qədər qalxan enerji içkiləri satış payı itirməyə başladılar.
“Marja”, marketinq barədə məlumatların yer aldığı “Brief” yaradıcı məzmun agentliyində yayımlan məqaləyə istinadən xəbər verir ki, markalar bazar paylarını əldə saxlamaq üçün tərkibində TAURİN olmayan, ancaq eyni dadı təqdim edən və öncəki qiyməti saxla biləcək yeni məhsulları bazara təqdim edirlər.
“İstehsalat prosesində hər hansısa bir məhsulun “Texniki Şərt” deyilən bir anlayış mövcuddur. Bu nə üçündür?
Hər bir məhsulun istehsalı üçün müəyyən olunmuş bir standart mövcuddur. Ancaq “Texniki Şərt” hüququnu alan marka istehsal prossesi zamanı məhsul üçün önəmli olan şərtləri ödəməli olur. Yəni, hər bir enerji içkisinin tərkibində taurin, kofein mütləq olmalıdır. Belə qeyd edək ki, 250ML enerji içkisinin istehsalı zamanı onun tərkibinin 15%-i taurin, 10%-i kofein olmalıdır. Bu standartıdır. Ya bəzi enerji içkilarının tərkibində bu elementlər heç yoxdur, ya da aşağı göstəricilərlə yer alır. Məsələn, 250ML Energy Drink-in tərkibində artıq taurin 15% deyil 10% yer tutur, kofein 10% deyil də 5% yer tutur. Bu halda artıq o məhsul enerji içkisi hesab olunmur. “Texniki Şərt”ləri ödəməyən məhsul enerji içkisi hesab olunmur. Bu hüququ istehsalçıya Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir”,- məqalədə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























