"Bakı Fond Birjası"nın xalis mənfəəti "dövlət kağızları ilə" kəskin artıb
"Bakı Fond Birjası" QSC 2018-ci ili 3 milyon 718 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, QSC 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə Birjanın xalis mənfəəti 2,5 dəfə artıb.
"Marja" Bakı Fond Birjasının illik hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il birjanın cəmi əsas əməliyyat gəlirləri 2 dəfə artaraq 5 milyon 693 min manat təşkil edib. Bakı Fond Birjası 2017-ci ildə 2 milyon 764 min manat cəmi əsas əməliyyat gəliri əldə etmişdi. Dövlət qiymətli kağızlar bazarının (Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin istiqrazları) artması Birjanın gəlirlərinin yüksəlməsinə səbəb olub.
Ötən il Birjanın 5 milyon 693 min manat cəmi gəlirlərinin 5 milyon 478 min manatını əqdlər üzrə tarif gəlirləri, o cümlədən 4 milyon 890 min manatını Mərkəzi Bankın buraxdığı notlar üzrə, 393 min manatını Maliyyə Nazirliyinin istiqrazları üzrə tarif gəlirləri, 194 min manatını İpoteka Fondunun notları, korporativ istiqrazlar, korporativ səhmlər və repo əməliyyatları üzrə tarif gəlirləri təşkil edib. Əgər Mərkəzi Bankın notları üzrə tarif gəlirləri olmasaydı Bakı Fond Birjasının gəlirləri azalardı və ili zərər ilə başa vurardı. Bu ildən Mərkəzi Bank pul siyasətini yumuşaltmaqla bərabər emissiya etdiyi notları azaldır. Bu da Birjanın tarif gəlirlərinin azalmasına səbəb olacaqdır. Digər qiymətli kağızların buraxılışı üzrə ciddi dəyişikliklər olmasa 2019-cu ildə Bakı Fond Birjasının cəmi gəlirləri azala bilər.
Ötən il faiz gəlirləri daxil Birjanın cəmi gəlirləri 6 milyon 26 min manat, cəmi xərcləri isə 2 milyon 308 min manat təşkil edib. Nəticədə "Bakı Fond Birjası" QSC 2018-ci ili 3 milyon 718 min manat xalis mənfəət ilə başa vurub.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























