Mərkəzi Bankın sədri Dünya Bankının yeni regional direktoru ilə görüşüb
Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə sabiq regional direktoru xanım Mersi Tembon və yeni regional direktoru cənab Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşdə xanım Tembon regional direktor vəzifəsində çalışdığı zaman DB tərəfindən Azərbaycanda görülmuş işlər barədə məlumat verib. Sonra DB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktorunu təqdim edərək onun DB-nin fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəyə malik olduğunu qeyd edib.
Öz növbəsində sədr E.Rüstəmov Dünya Bankının ölkəmizlə 25 ildən çox olan əməkdaşlığı dövründə inkişafın bütün istiqamətlərində Dünya Bankından Azərbaycana göstərilmiş hərtərəfli maliyyə, təşkilati, texniki və intellektual dəstəyin əhəmiyyətini qeyd etdi. E.Rüstəmov bu istiqamətdə xanım Tembonun DB-nin Cənubi Qafqaz ölkələri üzrə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti də yüksək qiymətləndirib.
E.Rüstəmov yeni regional direktor cənab Molineusa Azərbaycanda həyata keçirəcək fəaliyyətində uğurlar arzuladı. O, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul və məzənnə siyasəti məsələləri və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi. Həmçinin, E.Rüstəmov qlobal və regional iqtisadi çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm səylərin göstərildiyini qeyd edib. O, DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Eyni zamanda əminliyini bildirib ki, yeni regional direktor cənab Molineus ilə də faydalı əməkdaşlıq həyata keçiriləcəkdir.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)

