Azərbaycanda 13 bankın depozit portfeli azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün depozit portfeli illik müqayisədə azalıb.
Bunlar "Xalq Bank", "Azər-Türk Bank", "AGBank", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Bank of Baku", "Bank Avrasiya" və "AFB Bank"dır. Ən çox azalma "AFB Bank"da (35,4%), ən az azalma isə "Xalq Bank"da (3,3%) qeydə alınıb.
Qalan 17 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (2,8 dəfə), "Rabitə Bank"da (2,9%) baş verib.
4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 672,316 milyon manat), "PAŞA Bank" (3 861,413 milyon manat), "Kapital Bank" (2 700,441 milyon manat) və "Xalq Bank"dır (1 440,815 milyon manat).
Qalan 26 bankdan 5-nin depozit portfeli 0,5 - 1 milyard manat arasında, 14 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 6 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Banklarının Bakı filiallarının depozit portfeli isə 559 min manatdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
9 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















