Ən yuxarı (mobil)_30

“Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nar” 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək.

 

Bunu “Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımov  deyib. “Nar”-ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.

 

Qəhrəman Kazımov qeyd edib ki, 2019-cu il üçün ən mühüm planlardan biri satış şəbəkəsində ediləcək dəyişikliklərdir: “Ümumilikdə, 2019-cu ildə diler şəbəkəmizi daha müasir, geniş, eyni zamanda müştəri təcrübəsini daha da artıracaq kanala çevirmək kimi planımız var. Bunu ilk növbədə regionlarda yaşayan müştərilərimizə də şamil edirik. Bu gün “Nar” xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Eləcə də, diler şəbəkəsinin funksionallığının artırılması baxımdan xeyli işlər görüləcək”.

 

Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühitini dəyərləndirən Q.Kazımov deyib ki, həm şəbəkə keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar və onların qiymətləri ilə bağlı güclü rəqabət var. Hazırda “Nar”-ın bazardakı mövqeyi güclənməkdədir.

29.05.2019 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18