Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək
SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı “PAŞA Həyat Sığorta” şirkfəti tərəfindən həyata keçirilib.
Şirkətin mətbuat katibi Elnur Hüseynquluyev deyib ki, baş vermiş hadisə ilə bağlı “Azneft” İB tərəfindən “PAŞA Həyat” şirkətinə rəsmi müraciət daxil olmayıb, yalnız şifahi məlumat verilib: “Yəqin ki, yaxın saatlarda rəsmi müraciət ediləcək. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımı sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək. Proses nəzarətimizdədir. İtkin düşən neftçilərimizin ailələrinə səbr diləyirik” - deyə E.Hüseynquluyev bildirib.
Qeyd edək ki, ötən gün baş vermiş məlum hadisə nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlarının birinin cəsədi dənizdən tapılaraq aidiyyatı quruma verilib.
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
@ SalamNews
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















