"Növbəti dövrlərdə bank sahəsindəki fürsətləri dəyərləndirmək istəyərik"
2018-ci ildə daha çox funksionallığı, xidmət növ ilə yenilənmiş Hesab.az saytı və mobil tətbiqini istifadəyə verilib. Bəs 2019-cu ildə istifadəçiləri hansı yeniliklər gözləyir?
"Hesab.az" portalının sahibi "GoldenPay" ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyeva "Marja"ya bildirib ki, istifadəçilərin ödənişlərini asanlaşdırcaq yeniliklər davam edəcəkdir:
"Bu il parkinq ödənişləri və icbari sığorta satışı təqdim etdik. Sığorta sahəsi üzrə seçimləri artıraraq əmlak və səyahət sığorta satışını təqdim etməyi planlaşdırırıq. Eyni zamanda bu il bilet satışları, e-ticarət sahələri üzrə də planlaşdırdığımız yeniliklər var. Məqsədimiz istifadəçilərin mümkün qədər ehtiyaclarını tək bir portal üzərində cəmləşdirməkdir. Bu yöndə planlarımız davam edir".
QR BARKOD İLƏ PARKİNQ ÖDƏNİŞİ
Hesab.az ötən günlərdə ilk dəfə olaraq QR barkod ilə ödəniş etmək funksiyasını aktivləşdirib:
"Ötən günlərdə biz artıq daha bir yeniliyimiz olan QR barkod ilə parkinq ödənişini istifadəçilərimizin istifdəsinə təqdim etdik. Bu il ərzində və növbəti illərdə QR kod ilə ödəmə üzrə istifadəçilərimizə yeniliklər təqdim etməyi planlaşdırırıq. Bununla bağlı müxtəlif xidmətlər üzrə danışıqlarımız davam edir. Biz də Hesab.az komandası olaraq bu yeniliyin istifadəçilərin həyatlarını daha da rahatlaşdıracağına ümid edirik".
HESAB.AZ-IN BANKA ÇEVRİLMƏSİ PLANI
Hesab.az-ın gələcəkdə bank kimi fəaliyyətini davam etdirəcəyi deyilir. Naina Mehdiyeva bildirdi ki, hazırda bank kimi fəaliyyət göstərmək kimi bir plan yoxdur: "Amma növbəti dövrlərdə bu sahə üzrə fürsətləri dəyərləndirmək istəyərik".
"İSTİFADƏÇİLƏRİN SAYINDA CİDDİ ARTIM QEYDƏ ALINIB"
Şirkətin sədri əlavə etdi ki, Hesab.az istifadəçilərinin sayında ciddi artım qeydə alınıb: "Hazırda 440 min qeydiyyatlı istifadəçimiz var. Keçən il həm saytımızın, həm də mobil tətbiqimizin yenilənməsindən sonra 100 min yeni qeydiyyatlı istifadəçi Hesab.az istifadəçiləri sırasına qoşulub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
20 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR













.jpg)



.jpg)









