“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” - İkinci tirajı keçirildi
® May ayının 20-də “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ikinci tirajı keçirildi. Bu tiraj üzrə təsadüfi seçim vasitəsilə 22 qalib müəyyən olundu.
Uduş fondu “Qəbələ Karvansaray Oteli”nə 2 gün, 1 gecəlik 2 nəfərlik qonaqlama kuponundan, SAMSUNG J105 DS smartfonundan, power bankından, CERRUTI kompüter çantasından, selfi çubuğundan, Sabina Parfumery&Cosmetics Mağazalar Şəbəkəsindən 50 AZN-lik hədiyyə kuponundan, “Nisa Beauty” gözəllik mərkəzindən 50 AZN-lik hədiyyə kuponundan, Azpetrol yanacaqdoldurma mərkəzindən 2 ədəd 30 litrlik elektron yanacaq talonundan, “Domino’s Pizza” restoranlar şəbəkəsindən 2 ədəd 30 AZN-lik hədiyyə kuponundan, “Burger King” restoranlar şəbəkəsindən 20 AZN-lik hədiyyə kuponundan və Cinema Plus kinoteatrına 10 ədəd 2 nəfərlik biletdən ibarət idi.
Xatırladaq ki, 15 mart tarixdən başlayan “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyası Xalq Bankın bütün kart (öncədən ödənilmiş və korporativ kartlar xaric) sahiblərini əhatə edir və qeyri-nağd əməliyyatların artımını stimullaşdırmağa yönəlik aksiyadır. 15 mart tarixdən 15 iyunadək onlayn və POS-terminallar vasitəsilə keçirilmiş ödənişlərə görə (pul köçürmələri, elektron cüzdanlara mədaxil və kredit ödənişi üzrə əməliyyatlar istisna olmaqla) kart sahiblərinin mobil balansına Bakcell bonus dəqiqələri yüklənir. Dəqiqələr həyata keçirilmiş ödənişlər əsasında təqdim edilir – ödənişin hər 5 manatı müqabilində 1 dəqiqə hesablanır. Hər dəqiqə bir uduş şansına bərabərdir. Lotereyada çoxsaylı hədiyyələr və super mükafat - Dubaya səyahət kuponu oynanılır.
Aksiyanın şərtlərinə görə hər iştirakçı lotereyada cəmi bir dəfə mükafat qazana bilər. Əsas mükafat - Dubay şəhərinə səyahət paketinin (Bakı-Dubay-Bakı aviabileti, transfer, 4 gün 3 gecə hotel) sahibi əlavə keçiriləcək uduşda müəyyən ediləcək. Əsas mükafatın oynanıldığı uduşda üç ay ərzində aksiyaya qatılan bütün kart sahibləri iştirak edəcək.
Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi, abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmi və doğum tarixini (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və ya www.xalqbank.az saytından və ya www.bakcell əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)


.jpg)




