98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərraclardan biri iyunun 18-də keçiriləcək.
İştirak etmək istəyən şəxslər üçün budəfəki hərracda 98 dövlət əmlakı üzrə seçim fürsəti yaradılıb.
Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m-dir. Ucar şəhəri, H.Sultanov küçəsindəki dövlət müəssisəsinin ümumi faydalı sahəsi 189.4 kv.m-dir. Tikiş fabrikinin filialı olan əmlak 5 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Sərmayəçi tərəfindən investisiyanın yatırılması və yenidən qurulması bu dövlət əmlakını yüngül sənaye sahəsində gəlirli obyektə çevirə bilər.
Budəfəki hərraca səhmdar cəmiyyətlərinin səhmlərinin 30% ilə 45% arasında olan səhm paketləri də çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.
Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir. Xırdalan şəhəri, 27-ci məhəllədəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 53.2 kv.m-dir. Xidmət və ofis obyekti kimi istifadə uyğun olan dövlət əmlakı üçün təyin olunan ilkin qiymət 14 min manatdır.
Hərracda avtomobil sahibi olmaq istəyənlər üçün də geniş seçim imkanları var. Belə ki, buraxılış tarixləri 1995-2007 aralığında olan nəqliyyat vasitələri arasında Nissan, Hyundai, Ford, Daewoo və digər markalardan olan avtomobillər var. Bu növ dövlət əmlakları üçün təyin olunan ilkin qiymət 1000 manat ilə 6 min manat arasındadır.
Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq olduqca sadədir. Bunun üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Seçim, qeydiyyat və sifariş prosedurlarını yerinə yetirən şəxs canlı və ya onlayn formada hərracda iştirak statusu qazanır.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
6 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
12 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























