Tesla səhminin qiyməti son iki ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-ın elektromobil istehsalçısı Tesla-nın səhmləri şirkətin İcraçı direktoru Elon Musk-ın xərclərə qənaət başladacağını açıqlamasının ardından 3 faizdən çox ucuzlaşıb və 2017-ci ilin yanvar ayından bu yana görülməyən səviyyələrə düşüb.
"Marja" xəbər verir ki, Musk, işçilərə göndərdiyi bir e-maildə Tesla-da nə qədər kiçik olmasından asılı olmayaraq bütün xərclərin araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirib və maaşlar, səyahət xərcləri və kirayə daxil olmaqla şirkətin bütün ödəmələrinin gözdən keçiriləcəyi yeni bir tədbirə başlanacağını qeyd edib.
Elon Musk, "Bu olduqca çətin, lakin Tesla-nı yenidən maliyyə olaraq sabit bir hala gətirmək və dünyanı ekoloji olaraq daha təmiz etmək hədəfimizə çatmamız üçün tək yoldur",- yazıb.
Həmçinin səhmlərin ucuzlaşmasına, Mart ayında Floridada Tesla avtomobili ilə baş vermiş ölümcül qəzada, avtomobilin avto pilot sisteminin qəzadan bir neçə saniyə əvvəl avtomatik olaraq aktiv olduğu barədə xəbərlər də təsir göstərib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Tesla avto pilot xüsusiyyətinin etibarlı olduğu barədə açıqlamasını təkrarlayıb. Tesla-ya görə, avto pilotun dəstək olduğu sürücülər, hər hansı bir kömək almayan sürücülər ilə müqayisədə daha güvəndədirlər.
Xəbərlərin ardından Tesla-nın səhmləri 3.25 faiz ucuzlaşaraq 219.37 dollara düüşb. Bu, son iki ilin ən aşağı səviyyəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















