Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu
(®) Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir.
Şərtlərə görə 1 may – 31 may 2019-cu il tarixləri arasında kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.
15 may tarixində lotereyanın 1-ci tirajı keçirilib və 3 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.
Lotereya aksiyası hələ də davam edir. 22 may, 29 may və 5 iyun tarixlərində keçirilən tiraj zamanı hər həftə üzrə 3 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi, son tirajda isə 1 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.
Rəsmi gəliri olan hər kəs, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Həmçinin Kapital Bank-dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş etmək mümkündür. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 19 d. əvvəl
-
-
37 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
49 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























