Ulduz Şokolad Fabriki UNEC-in müəllim-professor heyətini qəbul edib
(®) Ölkənin qənnadı sektorunun öndə gedən müəssisələrindən olan Ulduz Şokolad Fabriki hər zamankı kimi yeni əməkdaşlıqlara doğru addım atır. Fabrik istər xarici, istərsə də yerli müəssisələrlə fərqli müstəvilərdə əməkdaşlığın tərəfində və əlaqələrin inkişafında maraqlı olub. Belə ki, fabrik ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qida sənayesinin tədrisi ilə məşğul olan müəllim kollektivini qəbul edib.
Görüşün əsas məqsədi UNEC nümayəndələrinin simasında nəzəriyyəçilərin və Fabrik mütəxəssislərinin simasında icraçıların görüşünü təşkil etmək, fikir mübadiləsi aparmaq, həmçinin ortaq problemlərdən danışmaq olub. Görüşdə UNEC standartlaşma və sertifikasiya kafedrasının müdiri, Prof.Zabit Aslanov, Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova, İstehlak mallarının ekspertizası kafedrasının dosenti Azər Hüseynov və digərləri; fabrikdən isə Texnologiya departamentinin direktoru Mahirə Cabbarova, Araşdırma və İnkişaf şöbəsinin müdiri Fatih Reyhan, Keyfiyyət Şöbəsinin müdiri Lalə Qasımova, Laboratoriya müdiri Səadət Xəlili və digərləri dəyirmi masa ətrafında bir sıra məsələləri müzakirə ediblər. Belə ki, fabriklə əməkdaşlıq yolunda qonaqlar tərəfindən universitet tələbələrinə real iş mühitində təcrübə keçmək, mütəmadi seminarların təşkil olunması, yeni reseptlərin birgə işlənməsi və s. kimi bir sıra təkliflər səsləndirilib. Fabrik nümayəndələri də öz növbəsində universitetdən gələn tələbələrlə bağlı tələb və ehtiyaclarını, yardım edə biləcəkləri məqamları qeyd ediblər.
Görüşün davamı istehsalat sahəsində keçib. Sahə rəisinin bələdçiliyi ilə istehsalat gəzintisində müəllimlərə istehsal xətləri, istehsal olunan məhsullar və sözügedən sahənin digər məqamları ətraflı şəkildə izah olunub.
Yekunda tərəflər bir-birinə qarşılıqlı olaraq təşəkkürlərini bildirib, xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















