Bu bank xərclərini ödəyə bilməyəcək vəziyyətdə qalır - BÖYÜK ZƏRƏR
Hələ də “Bank VTB Azərbaycan”nın əməliyyat gəlirləri əməliyyat xərclərini bağlamır. Amma Bank gəlirlərini artırmağa başlayıb, eyni zamanda xərclərini azaldıb. Nəticədə Bankın əməliyyat zərəri də kəskin azalıb. Digər tərəfdən “Bank VTB Azərbaycan” böyüyüb, müştərilərə verilən kreditlər artıb.
“Bank VTB Azərbaycan” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 494 min manat xalis mənfəət ilə başa vurub, amma bu xalis mənfəət biznesin inkişafından deyil, ehtiyatın azad olmasından qaynaqlanır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar – mart dövründə “Bank VTB Azərbaycan” ın cəmi gəlirləri 3 milyon 395 min manat, cəmi xərcləri isə 5 milyon 617 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 2 milyon 222 min manatəməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərərin ödəbilməsi üçün yaradılmış ehtiyatın 3 milyon 716 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 1 milyon 494 min manat xalis mənfəət qalıb.
Müqayisə üçün qeyd edək ki, Rusiyanın iri bankının Azərbaycandakı törəməsi olan "VTB Bank Azərbaycan" 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurumuşdu. Bank 9 milyon 981 min manat xalis əməliyyat zərərindən başqa, ehtiyatlara 237 milyon 430 min manat ayırmışdı. Ayırma ilə Bankın zərəri 247 milyon 412 min manata yüksəlmişdi.
FAİZ GƏLİRLƏRİ CÜZİ, FAİZ XƏRCLƏRİ İSƏ KƏSKİN AZALIB
2018-ci ilin 1-ci rübündə "VTB Bank Azərbaycan"nın faiz gəlirləri 2 milyon 128 min manat, faiz xərcləri 5 milyon 722 min manat ikən, 2019-cu ilin ilk rübündə faiz gəlirləri 2 milyon 49 min manat, faiz xərcləri isə 1 milyon 753 min manat təşkil edib.
QEYRİ-FAİZ XƏRCLƏRİ DƏ AZALIB
"VTB Bank Azərbaycan" 2018-ci ilin 1-ci rübündə qeyri-faiz əməliyyatları üzrə 1 milyon 474 min manat zərər etməsinə qarşılıq, 2019-cu ilin ilk rübündə 1 milyon 345 min manat qeyri-faiz gəlirləri əldə edib. Qeyri-faiz xərcləri isə 4 milyon 913 min manatdan 3 milyon 864 min manata geriləyib.
Beləliklə, ötən ilin 1-ci rübü ilə müqayisədə "VTB Bank Azərbaycan"ın əməliyyat zərəri 4,5 dəfə azalıb. Bunun səbəbi cəmi gəlirlərin artması, xərclərin isə azalmasıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2018-ci ilin sonunda “Bank VTB Azərbaycan”ın cəmi aktivləri 135 milyon 307 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 49 milyon 402 min manat təşkil etmişdi. İlk rübdə Bankın cəmi aktivləri 16 milyon 214 min manat artaraq 151 milyon 521 min manata, müştərilərə verilən kreditlər isə 11 milyon 742 min manat artaraq 61 milyon 144 min manata çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Mənfəət və zərər haqda hesabat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda























