Türkiyə bankının Azərbaycandakı törəməsinin vəziyyəti məlum oldu
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 1-ci rübünü 959 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2018-ci ilin 1-ci rübünü 1 milyon 692 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın qazancı 43,3% azalıb. Azlama Bankın ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata daha çox vəsait ayırması ilə bağlıdır.
“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin Yanvar-Mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 5 milyon 138 min manat, cəmi xərcləri isə 3 milyon 228 min manat təşkil edib. Nəticədə Bankın 1 milyon 910 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətinin 951 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından mənfəəti 959 min manata düşüb.
2018-ci ilin 1-ci rübündə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 4 milyon 661 min manat, cəmi xərcləri isə 2 milyon 697 min manat, əməliyyat mənfəəti 1 milyon 964 min manat təşkil etmişdi. Bank həmin vaxt ehtiyatlara 272 min manat ayırmışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
2018-ci ilin 1-ci rübündə “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 3 milyon 354 min manat, qeyri-faiz gəlirləri 1 milyon 308 min manat ikən, 2019-cu ilin 1-ci rübündə faiz gəlirləri 4 milyon 445 min manat, qeyri-faiz gəlirləri 693 min manat təşkil edib. Faiz gəlirlərinin daha çox artması (1 milyon 91 min manat ) qeyri-faiz gəlirlərinin azalmasını (-615 min manat) artıqlaması ilə bağlayıb və Bankın cəmi gəlirləri 477 min manat artıb.
Eyni zamanda, “Ziraat Bank Azərbaycan”ın xərcləri də artıb.
Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 219 milyon 739 min manat, o cümlədən 112 milyon 160 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 mart 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan"ın 222 milyon 557 min manat cəmi aktivlərinin 79 milyon 414 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 20 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
1 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
2 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"




















