"Etilen-Polietilen Zavodu tam yeni konfiqurasiyada istismara veriləcək"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin II rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək.
Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "Azərikimya" İstehsalat Birliyinin baş direktorun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.
"Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) müqaviləsi imzalanıb. 2017-2018-ci illərdə ilk qurğular istismara verilib. 2020-ci ilin I rübündə bütün yeni və revamp olunan qurğular tikilib-quraşdırılacaq.Ümumilikdə, zavod 2020-ci ilin IIrübündə tam yeni konfiqurasiyada istismara tam daxil olacaq", - deyə o, qeyd edib.
"Azərikimya" rəsmisinin sözlərinə görə, hazırda Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma layihəsi üzrə ümumilikdə 80,5% işlər yekunlaşıb: "O cümlədən mühəndislik işləri 99,8%, təchizat 96,4%, tikinti 51% tamamlanıb. Bütün lazımi avadanlıqlar və materiallar bu ilin may ayına kimi əraziyə çatdırılacaq".
O.Cəfərov onu da bildirib ki, layihənin icrasından sonra etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
