Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir
“Ağ Şəhər layihəsi yol infrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinin 2012-ci il 5 iyun tarixli sərəncamına əsaslanan bu layihənin həyata keçirilməsi paytaxtın mərkəzinin yüklənməsinin qarşısının alınması, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirilməsi və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutulur. Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel, Babək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərini və gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək bu növ ilk prospekt olacaq.
Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi planlaşdırlır. “Bakı Ağ Şəhər”in Olimpiya kvartalından başlayan bu prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb. Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər 2” metro stansiyasına, yeraltı piyada yollarına, eləcə də taksi və avtobus dayanacaqlarına keçidlər nəzərdə tutulub.
Bu yolla hava limanından gələn nəqliyyat vasitələri şəhərin mərkəzinə daxil olmadan “Koroğlu” və “ASK Arena” (keçmiş “Şəfa” stadionu) yaxınlığındakı yol qovşaqlarından Ağ Şəhərə əlavə və rahat keçid alacaq. Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin “Ağ Şəhər” layihəsilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın “Atkins Global” şirkəti tərəfindən aparılır. Bu işlərin aparılmasına bir çox ölkələrdən təcrübəli məsləhətçi şirkətlər də cəlb olunub.
Dayanıqlı və ağıllı şəhər prinsiplərinə əsasən aparılan işlər çərçivəsində yol boyu 20 metr enində yaşıllıq zolağı, piyada səkiləri, velosiped zolaqları, avtobus və taksi dayanacaqları, şərti adı “Y-15” (“Ağ Şəhər 2”) olan metro stansiyasına çıxış, ictimai parkinqlər, geriyə dönmələr, həmçinin gələcək bulvar yolu və bulvar zolağına rahat çıxışlar nəzərdə tutulub.
“Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilərək beynəlxalq mütəxəssislər tərəfindən ən iri miqyaslı şəhərsalma layihələrindən biri kimi qəbul olunub. “Ağ Şəhər” layihəsi müxtəlif beynəlxalq müsabiqələrdə “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafatlara layiq görülüb.
Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada artıq layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz tövhəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 18 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı





























