İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17% artıb
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il aprelin 1-nə 1 milyard 255 milyon 152 min manat təşkil edib.
Fondun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 17,1% çoxdur.
İKZF-nin aktivlərinin 74,4%-ni və yaxud 933 milyon 377 min manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 28,85% böyüyüb.
Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 27% artaraq 702,56 mln. manata o cümlədən borc öhdəlikləri 25% artaraq 664,278 mln. manata, Fondun cəmi kapitalı isə 6,5% artaraq 552,593 mln. manata, o cümlədən nizamnamə kapitalı 4,3% artaraq 486 mln. manata çatıb.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Bu ilin I rübündə İKZF-nin faiz gəlirləri 12,855 mln. manat (ötən ilin eyni dövrünə nisbətən 15,6% çox), faiz xərcləri 4,557 mln. manat (12,5% çox), dəyərsizləşmə üzrə zərəri 399 min manat (4,3% az), haqq və komissiya xərcləri 208 min manat (10,05% çox), digər gəlirləri 264 min manat (34,7% çox), insan resursları üzrə xərcləri 936 min manat (44,9% çox), inzibati və digər xərcləri isə 521 min manat (15,8% çox) təşkil edib. Son nəticədə Fond rübü 6,499 mln. manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 16,85% çoxdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 18 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

























