“Bank BTB” maliyyə vəziyyətini açıqladı – GƏLİRLƏRİ ARTIB
“Bank BTB” ASC 2019-cu ilin 1-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Bank BTB”nin cəmi gəlirləri 6 milyon 641 min manat, cəmi xərcləri 6 milyon 362 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 279 min manat əməliyyat mənfəəti yaranıb. “Bank BTB” ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına 2 milyon 966 min manat ayırdığından rübü 2 milyon 688 min manat zərər ilə bağlayıb. Ehtiyatın yaradılmasına ayrırmaya görə zərərin yaranması bankda vəziyyətin pis olduğu demək deyil. “Bank BTB”nin faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunur. Bank gələcəkdə yarana biləcək risklərdən sığortalanmaq üçün tələblərə əsasən ehtiyat yaradıb.
Mühüm olan, “Bank BTB”nin gəlirlərinin artması, gəlirlərinin xərclərini ödəməsi və əməliyyat mənfəəti əldə etməsidir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Bank BTB”nin cəmi gəlirləri 5 milyon 394 min manat, cəmi xərcləri 5 milyon 425 min manat təşkil etmiş və 31 min manat əməliyyat zərəri yaranmışdı. Əvvəlki dövrlərdə yaradılmış ehtiyatın 329 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanmış, həm də 298 min manat xalis mənfəət yaranmışdı.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə “Bank BTB”nin faiz gəlirləri 1 milyon 97 min manat və ya 26,5% artaraq 5 milyon 239 min manat, qeyri-faiz gəlirləri isə 150 min manat və 11,9% artaraq 1 milyon 402 min manat təşkil edib.
31 Mart 2019-cu il tarixində “Bank BTB” 291 milyon 88 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 171 milyon 280 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2018-ci ilin sonunda Bankın 314 milyon 773 min manat cəmi aktivlərinin 175 milyon 231 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Cəmi aktivlər, müxbir hesabların və "Bank BTB"nin digər banklardakı depozitlərinin azalması ilə əlaqədar olaraq düşüb.
31 Mart 2019-cu il tarixində “Bank BTB” 52 milyon 222 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
1 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda




















