Məhdudiyyət həyat sığortası bazarını kiçiltdi
2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası bazarının azalmasına səbəb olub.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində həyat sığortaları üzrə cəmi 24 milyon 799 min manatlıq sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31,5% azdır. 2018-ci ilin yanvar-fevral aylarında həyat sığortaları üzrə 36 milyon 224 min manat sığorta haqları toplanmışdı.
Həyat sığortası növlərindən biri olan və işçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 2 ayı ərzində həyatın yaşam sığortası üzrə 18 milyon 202 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 2 ayında bu məbləğ 27 milyon 785 min manat idi (34,5% azalma).
Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 8 milyon 83 min manatdan 6 milyon 49 min manata düşüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Sığorta sinifləri | Sığorta haqları 2018 yanvar-fevral | Sığorta haqları 2019 yanvar-fevral | Sığorta ödənişləri 2018 yanvar - fevral | Sığorta ödənişləri 2019 yanvar - fevral |
Həyat sığortası üzrə, o cümlədən: | 36 224,6 | 24 798,8 | 16 610,2 | 11 750,7 |
həyatın yaşam sığortası | 27 785,4 | 18 201,8 | 16 461,9 | 11 203,2 |
həyatın ölüm halından sığortası | 8 083,0 | 6 048,7 | 148,3 | 547,5 |
əmək qabiliyyətinin sığortası | 341,1 | 531,9 | 0,0 | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 15,1 | 16,4 | 0,0 | 0,0 |
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























