"Kapital Bank"ın təsis etdiyi “BirKart BOKT” fəaliyyətə başladı
"Kapital Bank"ın təsis etdiyi yeni “BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, flial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan "Maxi.az" mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir.
Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.
“BirKart BOKT”u yaratmaqda əsas məqsəd partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı verən kartın rəsmiləşdirilməsidir. Bununla da müştərilər mağazadan kənara çıxmadan, BirKart məhsulunu əldə etmək və istədiyi məhsulu faizsiz taksit şərtləri ilə almaq imkanı əldə edirlər.
Yaxın zamanlarda daha bir neçə filialın açılması planlaşdırılır və qanunvericiliklə icazə verilən digər xidmətlər də müştərilərə təqdim olunacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Məlumat üçün bildirək ki, “BirKart BOKT” MMC, "Kapital Bank" ASC tərəfindən təsis edilib və 5 noyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 37 d. əvvəl
-
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti

























