“Azərbaycan Sənaye Sığorta” zərərə düşməsinin səbəbini açıqladı
“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2018-ci ildəki 2 milyon 172 min manat zərəri 2015 və əvvəlki illər yaranmış ümidsiz borcların silinməsi ilə əlaqədardır.
Bunu “Marja”ya Şirkətin Baş mühasibi Gülmira Quliyeva bildirib.
“STANDARTIN TƏLƏBİNƏ ƏSASƏN SİLİNİB”
Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta”nın cari vəziyyəti normaldır, şirkətin çətinlikləri yoxdur. 2017-ci illə müqayisədə 2018-ci ildə toplanan sığorta haqları artıb:
“2015 və əvvəlki illər icbari sığorta satıcıları icbari sığortanı satıb, ödənişi şirkətə mədaxil etmədilər. Bu səbəbdən debitor borclar yarandı. Həmin agentlər şirkətimiz tərəfindən məhkəməyə verilib. Biz bir neçə il gözlədik ki, bəlkə məhkəmə yolu ilə ödənişləri geri alaq. Təəssüf ki, debitor borcların bir hissəsi geri alındı. Rəhbərliyin qərarı ilə ümidsiz borclar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən silindi. Sığorta şirkətləri öz hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında tərtib edirlər. Eyni zamanda, 2018-ci ilin Yanvar ayından 9 saylı maliyyə alətləri adlı standart qüvvəyə minib. Bu standartın tələbinə görə, 365 gün və daha artıq müddətdə ödənilməmiş debitor borclar silinməlidir. Bunu nəzərə alan rəhbərlik, standartın tələblərinə əsasən, ümidsiz borcun gəlir hesabına silinməsinə qərar verdi. Bu səbədən ötən il “Azərbaycan Sənaye Sığorta”nın xərcləri artmış və zərəri yaranmışdır”
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Gülmira Quliyeva əlavə etdi ki, 2016-cı ildən sonra gecikmədə olan debitor borc yaranmayıb və agentlərdən ödənişlər vaxtında yığılır.
Həmçinin oxu: “Azərsun Holdinq”in sığorta şirkəti zərərdə
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























