“Atəşgah Həyat”ın xalis mənfəəti ildən-ilə artıb
“Atəşgah Həyat Sığorta Şirkəti” ASC 2018-ci ili 6 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 4 milyon 792 min manat, 2016-cı ili isə 2 milyon 799 min manat xalis mənfəətlə bağlamışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Həyat Sığorta Şirkəti”nin cəmi gəlirləri 31 milyon 619 min manat, cəmi xərcləri isə 23 milyon 364 min manat təşkil edib. Şirkət 8 milyon 255 min manat maliyyə mənfəətindən 1 milyon 651 min manat mənfəət vergisi ödəyib.
2017-ci ildə “Atəşgah Həyat”ın cəmi gəlirləri 71 milyon 612 min manat, cəmi xərcləri isə 65 milyon 622 min manat təşkil etmiş, 5 milyon 990 min manat maliyyə mənfəətindən 1 milyon 198 min manat mənfəət vergisi ödəmişdi. 2018-ci illə müqayisədə 2017-ci ildə cəmi gəlirlərin və xərclərin yüksək olması həmin il sığorta ehtiyatlarının azad olması və daha çox sığorta ödənişlərinin həyata keçirilməsilə əlaqədardır.
İllik müqayisədə “Atəşgah Həyat”ın topladığı sığorta haqları 2017-ci ildəki 39 milyon 655 min manatdan 2018-ci ildə 60 milyon 104 min manata yüksəlib, sığorta ödənişləri isə 54 milyon 941 min manatdan 14 milyon 740 min manata düşüb. Ötən il şirkət topladığı sığorta haqlarının 31 milyon 728 min manatını ehtiyata ayırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























