4000 nəfəri aldadan "İnvestsland" adlı "şəbəkə biznesi" ifşa edildi - RƏSMİ AÇIQLAMA
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında "şəbəkə biznesi" yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "İnvestsland" investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş "şəbəkə biznesi" yaradıblar. Onlar əslində mövcud olmayan "BeardyCoin" adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək "investisiya paketi" adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirblər.
Bu qayda ilə adıçəkilən şəxslər qurduqları "şəbəkə biznesi"nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş "BeardyCoin" adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin "investisiya paketi" adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
8 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsinə tam sahib olub
-
16 d. əvvəl
Qiymətdən daha ötəsi – Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılması
-
52 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"CFI Financial Group" Azərbaycandakı törəməsinə tam sahib olub
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Ən çox oxunanlar
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur




















