Qeyri-neft məhsullarının ixracı necə artır?
2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 69 ölkəyə məhsul ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1482,2 milyon dollar, idxalın dəyəri 1022,7 milyon dollar təşkil etmiş, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz, o cümlədən idxal 48,3 faiz artmış, ixrac isə 3,8 faiz azalmışdır. Real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən idxal 17,7 faiz, ixrac 0,7 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,7 faizini İtaliyaya, 10,0 faizini Türkiyəyə, 7,9 faizini Portuqaliyaya, 6,0 faizini İsrailə, 5,5 faizini Çexiyaya, 4,8 faizini Hindistana, 4,5 faizini Vyetnama, 3,9 faizini Gürcüstana, 3,8 faizini Rusiyaya, 3,5 faizini Tailanda, 3,0 faizini Ukraynaya, hər biri 2,9 faiz olmaqla Birləşmiş Krallıq və Yunanıstana, 2,7 faizini Almaniyaya, qalan 3,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 11,8 faizi Rusiya, 9,0 faizi Türkiyə, 8,6 faizi Çin, 7,9 faizi Avstraliya, 7,7 faizi İran, 6,2 faizi ABŞ, 4,6 faizi Belarus, 4,4 faizi Almaniya, 4,2 faizi Norveç, 3,6 faizi Kanada, 3,5 faizi Ukrayna, 3,2 faizi Yaponiya, 25,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2019-cu ilin yanvar ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, təzə tərəvəz – 1,8 dəfə, tütün – 21,6 faiz, şəkər – 2,4 dəfə, çay – 1,9 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 20,5 faiz, kartof – 24,5 faiz, pambıq lifi – 2,0 dəfə, emal olunmamış alüminium – 19,2 faiz, bentonit gili – 18,8 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 31,6 faiz, bitki yağları – 59,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 63,0 faiz, polietilen – 21,5 faiz, qara metallardan borular – 60,3 faiz, pambıq ipliyi - 48,2 faiz azalmışdır.
2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında xam şəkər və şəkər idxalı 2,7 dəfə, siqaret – 19,5 faiz, bitki yağları – 52,8 faiz, kartof – 42,3 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 19,2 faiz, təzə tərəvəz – 21,6 faiz, minik avtomobilləri – 2,5 dəfə, mineral gübrələr – 1,8 dəfə, hesablama maşınları, blok və qurğuları – 21,0 faiz, mebellər – 1,7 dəfə, qara metallardan çubuqlar – 17,6 faiz, yük avtomobilləri – 2,9 dəfə, qara metallardan künclüklər – 31,2 faiz, məişət kondisionerləri – 53,8 faiz, avtobuslar – 4,5 dəfə, sement və sement klinkerləri – 1,6 dəfə, məişət soyuducuları – 4,5 faiz artmış, buğda idxalı isə 9,8 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,6 faiz, çay – 33,7 faiz, qara metallardan borular – 13,3 faiz, polad prokatı – 9,5 faiz, rezin şinlər – 8,9 faiz, polietilen – 4,5 faiz, paltaryuyan maşınlar – 1,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







