Azərbaycan hökumətinin strateji tərəfdaşlıq etdiyi banklar “AccessBank”ın səhmdarı oldu
“Bir neçə nüfuzlu beynəlxalq maliyyə qurumunu bank sektoruna səhmdar olaraq gətirmək bizim üçün qürurvericidir”.
“Marja”nın məlumatına görə, bunu jurnalistlərə “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Bankın sədri qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 milyon manat məbləğində artırılması, o cümlədən yeni səhmlərin emissiyası və mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşüdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb. Nəticədə “AccessBank”ın nizamanmə kapitalı 140 milyon manatdan 258 milyon manata, məcmu kapitalı isə 30 milyon manatdan təxminən 70 milyon manat səviyyələrinə yüksəlib.
Diqqəti çəkən çox güclü Asiya İnkişaf Bankının və Avropa İnvestisiya Bankının “AccessBank”ın yeni səhmdarları olmasıdır. Bu banklar Azərbaycan hökumətinin strateji tərədaşlarıdır və ölkəmizin irimiqyaslı layihələrinin maliyyələşdirilməsində iştirak edirlər. Azərbaycan bu banklardan milyardlarla dollar kredit cəılb edib.
“Kapitallaşma prosesinin başa çatdığını elan edirik. Bu böyük layihə idi. Layihəni bir il ərzində başa çatdırdıq. Azərbaycanın bank sektorunda bir ilk olaraq bir neçə böyük beynəlxalq maliyyə institutlarını “AccessBank”ın yeni səhmdarları olaraq cəlb edə bildik. Azərbaycan hökumətinin strateji əməkdaşlıq etdiyi Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı da səhmdarlar sırasında yer alır. “AccessBank” 100% xarici kapitallı bank olaraq qalır. Kapitallaşma prosesi nəticəsində “AccessBank”ın səhmdarlarının sayı 6-dan 13-ə yüksəlib. Bu layihənin maliyyə tərəfindən daha çox, uzun illərdir əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə qurumlarını Azərbaycanın bank sektoruna səhmdar olaraq gətirmək bizim üçün qürurvericidir. Nəyinki “AccessBank”, Azərbaycanın bank sektoru bu əməkdaşlıqdan faydalanacaq”,- Anar Həsənov dedi.
“BİZ ÖZ YOLUMUZA DAVAM EDİRİK”
Bankın sədri əlavə etdi ki, “AccessBank” mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalacaqdır:
“Biz öz əsas prisiplərimizə sadiq qalırıq. Həmişə bazarda güclü olduğumuz mikro seqmentə öz töhfəmizi verməyə davam edəcəyik. “AccessBank” fəaliyyət göstərdiyi 16 il ərzində kiçik və orta sahibkarların dostuna çevrilmişdir. Biz öz yolumuza davam edirik”.
“ACCESSBANK”IN XARİCİ BORCU KƏSKİN AZALIB
“AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov “Marja”ya bildirdi ki, əvvəllər beynəlxalq maliyyə institutlarından alınmış kreditlər kapitala çevrilib: “AccessBank” yeni səhmdarları ilə uzun illərdir əməkdaşlıq edir. Bu təşkilatlardan kreditlər cəlb etmişik. 1 kreditor xaric hamısı borcun kapitala çevrilməsinə razılıq verdilər. Nəticədə “AccessBank”ın xarici borcu da kəskin azalmışdır”.
Anar Həsənov vurğuladı ki, “AccessBank” sağlam bankdır, likvidliyi yüksəkdir. Ötən il verilən kreditlərin 98%-i Azərbaycan manatında ayrılıb. Bu da ola biləcək növbəti şokların banka zərər vurmaması baxımından mümühm tədbirdir.
3-Ü GEDİB, 10-U GƏLİB
Qeyd edək ki, indiyədək “AccessBank”ın 6 səhmdarı var idi: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW İnkişaf Bank (20%) Access Microfinance Holding AG (16,53%) və LFS Financial Systems GmbH (3,47%).
Səhmdarların yeni pay bölgüsündən məlum olur ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), KfW İnkişaf Bank və Access Microfinance Holding AG öz paylarını satıb.
Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları:
- responsAbility SICAV (Lux) - 2.91%
- responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%
Artıq “AccessBank” xarici borcları azalmış, kapital kəsiri olmayan kredit təşkilatıdır. Bank yeni mərhələyə qədəm qoyur.
Qeyd edək ki, yeni səhmdar strukturunun formalaşmasındakı əməliyyatlar üzrə "AccessBank" "İnvestAZ" İnvestisiya Şirkəti ilə əməkdaşlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























