Azərbaycan sənayesinin "çarxları" sürətlənir
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.
Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 22,7 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalmış, əmtəəlik qaz hasilatı isə 34,3 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64,0 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 4,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,4 faiz, poliqrafiya məhsullarının istehsalı 15,7 faiz, elektrik avadanlıqlarının istehsalı 24,0 faiz, geyim istehsalı 27,1 faiz, tütün məmulatlarının istehsalı 32,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8 faiz azalmışdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















