Yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq? - TƏLƏBLƏR
Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir. Qeyd edək ki, operator Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi qurğusu olan nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən Vergilər Nazirliyində operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.
Kimlər operator ola bilər?
Yeni nəsil NKA-ların operatoru qismində fəaliyyət göstərmək niyyətində olan istənilən rezident hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə nəzarət-kassa aparatlarının operatoru olmaq hüququna malikdir. Bunun üçün ayrıca tender keçirilməyəcəkdir. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir. Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir. Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reysterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir.
Operatorlar üçün irəli sürülən tələblər
Qeyd edək ki, nəzərdə tutulan qanunvericilik layihələrində operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi planlaşdırılır. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı 1 məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə malik olması, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsi və təqdim edilmiş kassa sisteminə texniki xidmət göstərmək bacarığına malik ən azı bir nəfər əməkdaşının mövcud olması və s. kimi vacib amillər daxildir. Vergi ödəyiciləri, dövlət reyestrinə daxil edilmiş operatorlar barədə və kassa sistemləri ilə bağlı yarana biləcək digər suallara dair məlumatı istifadəyə verilməsi planlaşdırılan e-kassa.gov.az internet səhifəsindən əldə edə biləcəklər.
Operatorun funksiyaları
Operator qismində qeydiyyatdan keçəcək hüquqi şəxs “operator” statusunun icrası ilə əlaqədar bir sıra öhdəlikləri də öz üzərinə götürmüş olacaq. Ümumiyətlə kassa sistemlərinin operatorlarının funksiyaları çox genişdir və onlar arasında ən önəmli və prioritet daşıyan istiqamətlərdən biri vergi ödəyicilərinə yüksək keyfiyyətli və operativ xidmətin göstərilməsidir. Belə ki, operatorun başlıca vəzifəsi vergi ödəyicisini kassa aparatı ilə təmin etdikdən sonra vaxtında və keyfiyyətli xidmət göstərməkdən ibarət olsa da təkcə bununla məhdudlaşmır. Operator kassa sisteminin düzgün işlədilməsini izah etməli və istismarını təmin etməli, habelə kassa sistemini rübdə bir dəfədən az olmamaq şərtilə müdaxilələrin qarşısını almaq məqsədilə yoxlamalı, iş fəaliyyəti zamanı yaranan nöqsanları aradan qaldırmalı, paylanılan kassa modellərinin müəyyən olunacaq ehtiyatına malik olmalı və Vergilər Nazirliyindən asılı olaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Operatorlar tərəfindən həmçinin istifadəçi təlimatı və kassa sisteminin istismar sənədləşdirilməsinin hazırlanması da həyata keçirilir. Bununla yanaşı, operatorlar kassa sistemi istifadəçilərinə əsas xidmətlərin təqdim edilməsini, kassa sisteminin nəzarət mexanizm qurgusu ilə təchiz edilməsini və qeydiyyatını, quraşdırılmasını, texniki dəstəyin göstərilməsini, təmirini, müvəqqəti kassa sisteminin təqdim olunmasını və uçotdan çıxarılmasını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
3 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
4 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
4 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell-də “böhran yığıncağı”
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq























