“Smilecard” taksit məbləğini artırdı
(®) Yalnız Azərbaycanda deyil, sərhəddən kənar bütün ölkələrdə keçərli olan taksit kartı - Smilecard cari ilin fevral ayından kredit məbləğini 4000 AZN – dək artırdı. Kifayət qədər geniş müştəri bazasına malik olan Smilecard öz imtiyazları ilə müştərilərinin sayını hər gün daha da artırır. Bu barədə məlumat verən Pərakəndə məhsulların yaranması və inkişafı bölməsinin müdiri Tərlan Rüstəmov bildirdi ki, Smilecard-ın istifadəçi sayı artdıqca bank müştərilərinə sərfəli imkanlar, bol üstünlüklər təqdim edir.
“Smilecard-ı digər kartlardan fərqləndirən əsas faktor daima üstünlüklərinin yenilənməsidir. Kart istifadəçilərinin sayı artdıqca onlar üçün daha da imtiyazlı addımlar atırıq. Kredit məbləğinin 4000 AZN-ə qaldırılması yalnız yeni kart sahibləri üçün nəzərdə tutulan üstünlük deyil. Daha əvvəl Smilecard-a sahib olan müştərilər banka müraciət edərək taksit kartının kredit məbləğini artıra bilərlər.
Qeyd edək ki, “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan kart pulsuzdur və kart ilə edilən bütün növ əməliyyatlar, istər nağd istər isə nağdsız, eyni qayda ilə hesablanır. Alış -veriş zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%- dir. Həmçinin ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəsi imkanı da var. Smilecard- ın digər üstünlüklərindən biri də 20%-dək cashback qazandırmasıdır.
karta sahib olmaq istəyən vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi ilə gəlirlərni təsdiq edən sənəd əsasında “Expressbank”ın istənilən filialına yaxınlaşa bilər. Həmçinin vaxta qənaət edərək kartı qeyd olunan linkdən ( https://bit.ly/2CXHVMC ) online sifariş etmək də mümkündür.
Expressbank fərqli xidmət göstərən, ölkədə geniş satış şəbəkəsinə malik və aparıcı banklardan biridir. Yeni bank məhsulları və xidmətləri təqdim edən Expressbank öz müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsi istiqamətində hədəflənib.
Expressbank- ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















