30 bankdan 13-nün əməliyyat mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün ötənilki əməliyyat mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar "Bank Respublika", "Turan Bank", "Naxçıvan Bank", "Kapital Bank", "Nikoyl Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "Xalq Bank", "AFB Bank", "PAŞA Bank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Rabitəbank"dır. Ən yüksək dinamika "Bank Respublika"da (84,6%) ən aşağı dinamika isə "Rabitəbank"da (1,6%) qeydə alınıb.
1 bankın - Pakistan Milli Bankının Bakı filialının əməliyyat mənfəəti demək olar ki, dəyişməyib.
8 bankın - "Günay Bank", "Unibank", "Bank Avrasiya", "Muğan Bank", "Azərbaycan Beynəlxalq Bankı", "NBC Bank", "Express Bank" və "Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Azərbaycan Sənaye Bankı"nda (73,2%), ən az azalma isə "Günay Bank"da (7,1%) qeydə alınıb.
Hesabat dövründə 2 bankın - "Amrah Bank" və "Azər-Türk Bank"ın əməliyyat zərəri müvafiq olaraq 98,8% və 49,7% artıb, 3 bankın - "Bank VTB Azərbaycan", "Access Bank" və "AGBank"ın isə əməliyyat zərəri müvafiq olaraq 5%, 22,7% və 50,9% azalıb.
2 bank - "Atabank" və "Bank of Baku" ötən ili əməliyyat zərəri ilə, əvvəlki ili isə əməliyyat mənfəəti ilə, 1 bank - "Bank BTB" isə ötən ili əməliyyat mənfəəti ilə, əvvəlki ili isə əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i əməliyyat mənfəəti əldə etməyib. Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "AGBank", "Atabank", "Amrah Bank", "Bank of Baku" "Bank VTB Azərbaycan" və "Access Bank"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Access Bank"da (32,994 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (114 min manat) qeydə alınıb.
Qalan 22 bank isə ötən ildən əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (295,547 milyon manat), ən aşağı göstərici isə "Turan Bank"da (732 min manat) olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















