“PAŞA Bank"ın Türkiyədəki törəməsi kəskin böyüyüb
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın cəmi aktivləri bu il yanvarın 1-nə 1 milyard 349 milyon 565 min lirə (431 milyon 861 min manat) təşkil edib.
Bankın maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 50,5% çoxdur.
“PAŞA Yatırım Banka”ının aktivlərinin 840 milyon 278 min lirəsini (268 milyon 889 min manat) müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə Bankın kredit portfeli 23,7% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Banka”sının cəmi öhdəlikləri 32,6% artaraq 843 milyon 908 min lirəyə (270 milyon 51 min manat), cəmi kapitalı isə 94% artaraq 505 milyon 657 min lirəyə (193 milyon 810 min manat), o cümlədən nizamnamə kapitalı 96,1% artaraq 500 milyon lirəyə (160 milyon manat) çatıb.
2018-ci ildə “PAŞA Yatırım Banka”sının faiz gəlirləri 124 milyon 370 min lirə (39 milyon 798 min manat), faiz xərcləri 44 milyon 872 min lirə (14 milyon 359 min manat), haqq və komissiya gəlirləri 3 milyon 168 min lirə (1 milyon 14 min manat), inzibati xərcləri 13 milyon 736 min lirə (4 milyon 396 min manat), qiymətli kağızların alqı-satqısından zərəri 1 milyon 9 min lirə (323 min manat), digər gəlirləri 855 min lirə (274 min manat), digər xərcləri 55 milyon 359 min lirə (17 milyon 715 min manat), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 17 milyon 713 min lirə (5 milyon 668 min manat), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 733 min lirə (235 min manat) təşkil edib. Son nəticədə Bank ötən ili 3 milyon 563 min manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu əvvəlki ildən 16 milyon 8 min lirə (5 milyon 123 min manat) mənfəətlə çıxmışdı.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Bankın səhmlərinin 49%-i “PAŞA Holdinq” MMC-yə, 50,96%-ə “PAŞA Bank”a, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur. Başqsa sözlə, Azərbaycan tərəfi səhmlərin 99,96%-nə nəzarət edir.
1 lirə = 0,32 manat
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















