""Çek istəyirsinizmi"? sualı şəffaflığı şübhə altına alır"
"BakıKART"-ın ödəmə terminallarında, müştərinin seçimindən asılı olaraq çekin təqdim edilməsi bu layihənin icrası ilə məşğul olan müəssisənin maliyyə uçotu zamanı şəffaflığını şübhə altına alır.
Bunu "Marja"ya “World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov bildirib.
Elşən Orucov ictimai əhəmiyyət daşıyan mövzuya toxunaraq bildirdi: ""BakıKART"-ın metro stansiyalarının girişində quraşdırılan ödəmə terminallarında gediş haqqı üçün balansı artırdıqda sistem avtomatik olaraq "Çek istəyirsinizmi"? sualını verir. "Bəli", düyməsni vurmasanız (yaxud heç bir düymə vurmasanız), sizə çek verilməyəcək. Bu isə həmin müəssisənin maliyyə uçotu zamanı şəffaflığını şübhə altına alır".
Elşən Orucov qeyd etdi ki,ki, Vergilər Məcəlləsində nağd pul hesablamaları və pərəkandə ticarət zamanı çek, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin məcburiliyi vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuşdur:
"Belə ki, VM 16.1.9-cu Maddəsində vergi ödəyicilərinin vəzifələri hissəsində qeyd olunur: Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Həmin Məcəllənin 16.1.8-ci Maddəsində isə göstərilir: aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək. Göründüyü kimi, kartın balansının artırılması nağd ödəmə olmaqla yanaşı, pərakəndə ticarətə aid əməliyyatdır".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























