"2 faiz vergiyə görə sığorta vasitəçiləri icbari sığorta satışına fokuslanacaqlar"
Vergi qanunvericiliyində edilmiş son dəyişikliklərin sığorta bazarına mümkün təsirləri necə ola bilər?
Sığorta üzrə mütəxəssis Hikmət Allahverdi bildirib ki, sığorta qanunvericiliyində sığorta satışı ilə məşğul olanlar satdıqları sığorta məhsullarına görə təsnifləşdirilmir:
"Bildiyiniz kimi sığorta qanunvericiliyində sığorta satışı ilə məşğul olanlar satdıqları sığorta məhsullarına görə təsnifləşdirilmir. Yəni icbari sığorta satan, könüllü sığorta satışı ilə məşğul olan agentlər, brokerlər deyə bölünmə yoxdur. Digər tərəfdən isə “icbari sığorta”lar özlüyündə könüllü sığorta məhsullarının satışını təşviq məqsədilə yaradılır. Amma vergi məcəlləsinə edilən dəyişikliklərdən sonra “icbari sığorta satışı ilə məşğul olan sığorta vasitəçiləri” digərlərindən fərqləndirildi, onlar sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Sadələşdirilmiş verginin dərəcəsi isə 2%-ə salınmışdır. Könüllü sığorta növlərinin satışı və ya könüllüvə icbari sığorta məhsulların satışı ilə məşğul olan vasitəşilər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər, onlar gəlir vergisi ödəyicisi olacaqlar. Bu dəyişiklik özlüyündə sığorta vasitəçilərini daha çox “icbari sığorta” satışına yönləndirəcəkdir. Beləliklə, vergi məcəlləsində edilmiş bu dəyişiklik onsuzda inkişafı qənaətbəxş olmayan könüllü sığorta(xüsusilə qeyri-həyat sığortaları) bazarına mənfi mənada təsir göstərəcəkdir".
Qeyd edək ki, sığorta vasitəçiləri icbari sığortalar ilə bərabər konüllü sığortaların da satışı ilə məşğul olurlar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Vergilər"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib


























