Azərbaycanda avtomobil lizinqi - ŞİRKƏTLƏRDƏ ŞƏRTLƏR
Azərbaycanda banklar tərəfindən avtomobil kreditlərinin məhdudlaşmasından sonra kreditlə avtomobil almaq istəyənlər bunu lizinq yolu ilə həyata keçirməyə başlayıblar.
2018-ci ilin sonunda bankların avtomobil kreditləri ilə bağlı yeni tələblər də qüvvəyə minib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi 29 dekabr 2018-ci ildən qüvəyyə minən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ına əsasən, bankların avtomobil krediti verməsi bir qədər də məhdudlaşdırılıb.
Yeni tələbərə görə, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır.
Eləcə də kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdı.
Avtomobil kreditlərinə qoyulan məhdudiyətlərin fonunda avtomobillərin lizinq üsulu ilə əldə edilməsinə maraq artıb. Bunu nəzərə alaraq lizinq şirkətləri arasında avtomobillərin lizinqlə alınması şərtlərini dəqiqləşdirib.
Araşdırma göstərir ki, avtomobilin lizinqlə satışı zamanı tələb olunan ilkin ödənişin məbləği 20%-50% arasında dəyişir. Araşdırma aparılan “Faktor Lizinq” və “AsProf”da avtomobilləri lizinqlə həm dollar, həm də manatla almaq olar.
Bəzi lizinq şirkətlərində avtomobil alınması ilə bağlı məhdudiyyətlər var. Belə ki, “Alyans Lizinq” və “Günay Lizinq”də müştərinin VÖEN hesabının olması vacibdir. Bundan əlavə “Günay Lizinq”də əgər vətəndaş rayon qeydiyyatındadırsa, yaşadığı yer Bakıdırsa, bu zaman rayon qeydiyyatında olan 1 nəfərin zaminliyi istənilir.
“Mcb leasing” və “Ekolizinq”də ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara lizinq verilir.
Bundan başqa “Günay Lizinq” də müştəri ikinci əl avtomobil gətirərsə bu zaman ilkin ödəniş 40-50%, illik faiz 25% olar, avtomobil yeni olduqda isə ilkin ödəniş 25% ilkin, illik faiz 22% olur.
Həmçinin “Alyans Lizinq”də köhnə avtomobillər üçün daha çox ilkin ödəniş tələb edilir.
Şirkətlər | Ilkin ödəniş | Illik faiz | İli | Ay |
“Faktor Lizinq” | 50% | 24%-dollar | 2011 | 24 ay |
“AsProf Lizinq” | 30% | 20 % – dollar | Fərqi yoxdur | 36 - 48 ay |
“Alyans Lizinq” | 30%-50% | 30%-40% manat | 1999 | 24 ay |
“Günay Lizinq” | 25%-50% | kohne avtomobillər üçün 25% manat | 2015 | 3 ili |
“MCB leasing” | 20-40% | 19-21% manat | 2015 | 36 aya |
“Ekoizinq” | 20% | 26% manat | 2009 | 12-36 |
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























