"AXA MBASK" sığorta bazarında fəaliyyətini kəskin məhdudlaşdırıb
Azərbaycanın aparıcı sığorta şirkətlərinən olan "AXA MBASK" sığorta bazarında fəaliyyətini kəskin məhdudlaşdırıb. Bir neçə gün əvvəldən etibarən şirkət əksər sığorta xidmətləri üzrə yeni müqavilələr qəbul etməyi dayandırıb.
Bu barədə şirkətin rəhbəri Selcuk Adıgözəl bildirib.
Onun sözlərinə görə, şirkət öhdəliklərini icra etmək şərtilə bəzi sığorta növləri üzrə yeni müqavilələr imzalamağı dayandırıb: "Hazırda şirkət yalnız icbari sığorta növləri üzrə müqavilələri qəbul edir. Amma agentlərə qanunvericilikdə nəzərdə tutulan həcmdə komissiya ödəmək şərtilə".
Qeyd edək ki, qanunvericiliyə əsasən sığorta agentlərinə maksium komisiya sığorta haqqının 15%-ni keçməməlidir. Amma hazırda Azərbaycanın sığopta bazarında agent komissiyalarının həcmi 25-30%-ə çatır. Başqa sözlə, təklif edilən 15% komissiya agentlər tərəfindən çox aşağı qiymətləndirilir. Və belə halda agentlər yeni müqavilələr imzalamağa maraq göstərmirlər.
S.Adıgözəl bildirib ki, baş verən dəyişikliklə məqsəd, şirkətin öhdəliklərini azaltmaqdır, ona görə də daha zərərli sığorta növləri üzrə portfel azaldılır. "Bu dəyişikliklər "AXA Mbask"ın ölkədən getməyə hazırlığıdırmı?" sualına cavab olaraq S.Adıgözəl bildirib ki, bununla bağlı heç bir rəsmi qərar yoxdur.
Sığorta bazarından əldə edilmiş məlumata görə, hazırda "AXA MBASK" yalnız "Yaşıl Kart", səyahət və avtomobillərin icbari sığoptası müqavilələrini qəbul edir. Könüllü sığorta növləri, həmçinin əmlak və kasko sığorta müqavilələri isə qəbul edilmir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























